Yuxarı

Ərdoğan Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşüb

Görüş G20 sammiti çərçivəsində baş tutub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd vəkili və müdafiə naziri şahzadə Məhəmməd bin Salman ilə görüşüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, görüş "G20" sammitinin keçirildiyi Çinin Hancou şəhərində baş tutub.

Mətbuata qapalı keçirilən görüş, təxminən 1 saat 45 dəqiqə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi