Yuxarı

Ərdoğan Şanlıurfadakı terror aktı ilə bağlı xalqa başsağlığı verib

Ölkə başçısı bildirib ki, Türkiyə hökümətinin bir neçə üzvü artıq hadisə yerinə yollanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkəsində törədilən qanlı terror aktı ilə bağlı xalqa başsağlığı verib.

"Report"un NTV telekalanına istinadən verdiyi xəbərə görə, Kipr Sülh Hərəkatının 41-ci ildönümü mərasimlərinə qatılmaq üçün Şimali Kipr Türk Cümhuriyyətində olan ölkə başçısı deyib: "Şanlıurfa vilayətinin Suruç qəsəbəsində baş verən partlayışda ölən 28 vətəndaşımızın yaxınlarına baş sağlığı verirəm. Millətimin başı sağ olsun. Terroru lənətliyirəm. Yaralılara şəfa diləyirəm".

Ölkə başçısı bildirib ki, Türkiyə hökümətinin bir neçə üzvü artıq hadisə yerinə yollanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi