Yuxarı

​Ərdoğan: "Rusiya ciddi səhv edir"

Rusiyanın Suriyada atdığı addımlar qəbuledilməzdir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Suriyada etdiklərini ciddi səhv adlandırıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, o, Rusiyanın addımlarını qəbuledilməz sayıb.

"Rusiyanın Suriyada atdığı addımlar və bombardıman kampaniyası qeyri-məqbuldur. Təəssüf ki, Rusiya ciddi səhv edir", — deyə Ərdoğan qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi