Yuxarı
    Bağlamaq

    Ərdoğan Latın Amerikasına səfər edib

    O, Kolumbiyanın tarixi-simvolik yerlərindən sayılan Museo del Oro qızıl muzeyini və əl işləri bazarını gəzib

    Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kolumbiyanın tarixi-simvolik yerlərindən sayılan "Museo del Oro" qızıl muzeyini və əl işləri bazarını gəzib.

    "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti xanımı Əminə Ərdoğanla muzeyi bir saatadək seyr edib.

    Xatırladaq ki, Türkiyə prezidenti Kolumbiya, Kuba və Meksikada rəsmi səfərdədir. R.T.Ərdoğan həmin dövlətlərin başçıları və rəsmiləri ilə iqtisad-ticari, mədəni əlaqələrə dair ikitərəfli görüşlər keçirəcək. O, Latın Amerikası ölkələrinə ilk ziyarətini Kolumbiyadan başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi