Yuxarı
    Bağlamaq

    Ərdoğan: “İstanbulla Rotterdamın qardaşlaşmış şəhər statusu ləğv ediləcək”

    “Şəhər bələdiyyəsinə bununla bağlı razılığın birtərəfli qaydada ləğv edilməsinə dair təlimat verdik”

    Bakı. 15 mart. REPORT.AZ/ “İstanbul Böyük şəhər Bələdiyyəsinə Rotterdamla qardaşlaşmış şəhər anlaşmasını birtəfərli qaydada ləğv etməsi barədə təlimat vermişik”.

    “Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayfonhisarda keçirilən tədbirdə bildirib.

    “Rotterdamla İstanbul qardaşlaşmış şəhərdi. Bu barədə ötən gün baş nazirimizlə danışmışıq. Şəhər bələdiyyəsinə bununla bağlı razılığın birtərəfli qaydada ləğv edilməsinə dair təlimat verdik”, - o vurğulayıb.

    Məlumata görə, 2005-ci ildə İstanbulla Niderland Krallığının Rotterdam şəhərinin “Qardaşlaşmış şəhərlər” elan edilməsi haqqında anlaşma imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi