Ərdoğan etnik mənsubiyyəti ilə bağlı açıqlama verib

Ərdoğan etnik mənsubiyyəti ilə bağlı açıqlama verib "Ələhəmdulillah müsəlmanıq"
Region
18 Aprel , 2016 10:17
Ərdoğan etnik mənsubiyyəti ilə bağlı açıqlama verib

Bakı. 18 aprel. REPORT.AZ/ "Səndən soruşanda belə de: "Ələhəmdulillah müsəlmanıq"".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğmbərin (ə.s.) doğum gününə həsr edilən toplantıda babasının (dədəsinin) etnik mənsubiyyəti ilə bağlı dediklərindən danışarkən söyləyib.

"Rəhmətlik atamdan soruşduğum bir sualın cavabı yadıma düşdü. Bir gün atamdan soruşdum: "Ata biz lazıq, ya türk?". O, mənə dedi: "Dədəm molla idi. Oğlum, mən bu sualı ona vermişdim. Dədəm suala belə cavab vermişdi: "Əziz nəvəm, gün gələcək öləcəyik. Allah bizdən "Mən Rəbbükə", "Mən nəbiyyüke" və "ma dinüke" sualının cavabını soruşacaq, "ma kavmüke" deyə soruşmayacaq (yəni, Allah bizdən milli, qövmi mənsubiyyətimizi deyil, Allahı, peyğəmbəri, dini soruşacaq- "Report"). Sənə belə sual verəndə "Ələhəmdulillah müsəlmanıq" de, get".

Son xəbərlər

Orphus sistemi