Ərdoğan: "Azad Suriya Ordusu terrorçu təşkilat deyil”

Ərdoğan: "Azad Suriya Ordusu terrorçu təşkilat deyil” Bakı. 30 yanvar. REPORT.AZ/ “Qərar verəndə Afrinə əvvəlcə mən, sonra siz gedəcəksiniz”.
Region
30 Yanvar , 2018 13:48
Ərdoğan: Azad Suriya Ordusu terrorçu təşkilat deyil”
AA

Bakı. 30 yanvar. REPORT.AZ/ “Qərar verəndə Afrinə əvvəlcə mən, sonra siz gedəcəksiniz”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan patiyasının parlamentdəki fraksiyasının genişləndirlmiş toplantısında zalda əyləşənlərin “Rəis, bizi Afrinə apar” şüarına cavab verərəkən bildirib.

O, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata toxunub: “Azad Suriya Ordusunun “Fərat Qalxanı” əməliyyatında qəhrəmancasına döyüşdüyünün şahidi olduq. Orada 614 şəhid veriblər. “Zeytun budağı” əməliyyatında Azad Suriya Ordusunun 16 döyüşçüsü şəhid olub, 100-ə yaxını yaralanıb. Buna baxmayaraq, mübarizələrini qəhrəmancasına davam etdirirlər. Afrində indiyədək 649 terrorçunu zərəsizləşdirmişik”.

Türkiyə prezidenti deyib ki, Azad Suriya Ordusu terrorçu təşkilat deyil.

R.T.Ərdoğan ölkənin əsas müxalifət partiyası olan Cümhurriyyət Xalq Partiyasını terrorçularla eyni sırada durmaqda ittiham edib: “Bunlara da terrorçularla hər cür müttəfiqlik, birlik yaraşır. Onlar Xalqların Demokratik Partiyası ilə dost olan, PPK-nın izi ilə gedən, PYD-yi tərifləyən əsas müxalifət komandasıdır. Amma Azad Suriya Ordusundan danışarkən vəziyyət dəyişir. Azad Suriya Ordusu terror qrupu deyil, öz vətənini müdafiə edən, aralarında hər etnik qrupu təmsil edən insanların olduğu bir milli təşkliatdır. Bunların fısıltı ilə söylədikləri bir söz də var: “Ölkəmizdəki suriyalılar niyə öz vətənlərini müdafiə etmək üçün döyüşmürlər?” Onlar bununla əl altından fitnə-fəsad yaradırlar. Çünki siz sadəcə, sizə suflyorlar vasitəsilə deyilənlər üzrə hərkət edirsiz”.

“Cümhurriyyət Xalq Partiyasının ən əhəmiyyətli xüsusiyyəti Qazi Mustafa Kamal Atatürkün adını istismar etməkdir. Çünki başqa sərmayələri qalmayıb”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi