Ərdoğan ABŞ Müdafiə Nazirliyinin Afrinlə bağlı açıqlamasına sərt reaksiya verib

Ərdoğan ABŞ Müdafiə Nazirliyinin Afrinlə bağlı açıqlamasına sərt reaksiya verib Türkiyə prezidenti: "Afrini tezliklə terrorçulardan azad edəcəyik”
Region
23 Fevral , 2018 12:53
Ərdoğan ABŞ Müdafiə Nazirliyinin Afrinlə bağlı açıqlamasına sərt reaksiya verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 23 fevral. REPORT.AZ/ “Suriya və İraqın tezliklə sabitliyə qovuşacaığına ümid edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də hakim Ədalət və İnkişaf Partiyasının əyalət sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

O qeyd edib ki, hazırda Türkiyədə 3,5 milyon suriyalı və iraqlı qaçqın var: "Onlara yardım edəndə gördük ki, terror ölkəmizə qədər gəlib. Otuz beş gündür davam edən “Zeytun budağı” əməliyyatı zamanı terrorçular zərərsizləşdirilir, əməliyyat addım-addım irəliləyir və artıq 1000 kənd terrorçulardan təmizlənib. Terrorçular bölgədəki əsas yüksəkliklərdən çıxarılıb. Ona görə də bundan sonar əməliyyat daha sürətlə davam edəcək. Afrin şəhər mərkəzini tezliklə terrorçulardan təmizləyəcəyik”.

Türkiyə prezidenti ABŞ Müdafiə Nazirliyi rəsmisinin Afrinlə bağlı bəyanatına sərt reaksiya verib: "Strateji müttəfiq saydığımız bir dövlətin Müdafiə Nazirliyinin mətbuat katibi utanmadan mülki şəxsin öldüyünü bildirir. Bu utanmaz terrorçulara qarşı mübarizəyə qara yaxmaq üçün orada mülki insanların öldürüldüyünü deyir. Ancaq Cuda da öldürülən mülki insanların qətlini gizlədir. Əgər biz Afrində mülki şəxsləri öldürsəydik, əməliyyat çoxdan başa çatmışdı. Əməliyyat zamanı Afrində bir mülki sakinin burnu belə qanamayıb”.

O bildirib ki, “Fərat qalxanı” əməliyyatı nəticəsində Cerablus, Əl-Bab İŞİD və PYD terrorçularından təmizlənib: "Orada yaşayan 140 min sakin torpaqlarına döndü. Bunu biz təmin etdik. “Zeytun budağı” əməliyyatı nəticəsində 415 kv km ərazini terrorçulardan təmizləmişik. 1873 terror zərəsizləşdirilib".

Son xəbərlər

Orphus sistemi