Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb

Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb O bildirib ki, ABŞ Suriyadakı terrorçulara silahla dolu 5 min yük maşını göndərib
Region
22 Aprel , 2018 01:29
Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb

Bakı. 22 aprel. REPORT.AZ/ Suriyada Türkiyə üçün təhlükə ilk növbədə onun strateji tərəfdaşlarından gəlir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində deyib.

"ABŞ Suriyanın şimalına silahla dolu 5 min yük maşını göndərib. Biz ABŞ-dan pulnan silah ala bilmirik, lakin onlar və koalisiya qüvvələri terrorçu qrupları bu silah-sursatı pulsuz təmin edə bilirlər. O zaman təhlükə haradan gəlmiş olur? İlk növbədə strateji tərəfdaşlarımızdan", - deyə Türkiyə lideri bildirib.

Son xəbərlər

Orphus sistemi