​Ərdoğan ABŞ-dan Fətullah Güləni təhvil verməyi tələb edib

​Ərdoğan ABŞ-dan Fətullah Güləni təhvil verməyi tələb edib "Bu silahlı çevriliş cəhdindən sonra yenidən səslənirəm"
Region
16 İyul , 2016 21:43
​Ərdoğan ABŞ-dan Fətullah Güləni təhvil verməyi tələb edib

Bakı. 16 iyul. REPORT.AZ/ Penzilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı bildirib.

“ABŞ-a səslənirəm ki, o şəxsi ya ölkədən deportasiya edin, ya bizə təhvil verin demişdim. Lakin dinləmədilər. İndi isə bu silahlı çevriliş cəhdindən sonra yenidən səslənirəm. Penzilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa bu tələbimizi yerinə yetirin. Siz bizdən hansı terroristi istədiniz, biz təhvil vermədik? İndi də terrorçu siyahımızda yer alan o şəxsi bizə təslim edin”, - Ərdoğan deyib.

Prezident Ərdoğan çıxışı zamanı bildirib ki, qiyamın yatırılması zamanı polislər, dinc sakinlər şəhid olub. O ölkənin silahlı qüvvətlərinin daxilində təmizlənmə aparıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi