Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunun Sürsürü məhəlləsində dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.
“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 40 nəfər çatıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, Elazığ və Malatya bölgələrində 6.8 bal gücündə baş vermiş yeraltı təkanlar nəticəsində 40 nəfər ölüb, 1607 nəfər yaralanıb. Onlardan 1520-si artıq xəstəxanadan evə buraxılıb.