Əl-Küveyt əyalətinin qubernatoru Ermənistana səfər edəcək

Əl-Küveyt əyalətinin qubernatoru Ermənistana səfər edəcək Bakı. 18 dekabr. REPORT.AZ/ Küveyt Əmirliyinin paytaxtı Əl-Küveyt əyalətinin qubernatoru general Sabet əl-Muhanna Ermənistana səfər edəcək.
Region
18 Dekabr , 2017 17:34
Əl-Küveyt əyalətinin qubernatoru Ermənistana səfər edəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Küveyt Əmirliyinin paytaxtı Əl-Küveyt əyalətinin qubernatoru general Sabet əl-Muhanna Ermənistana səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Yerevanın əl-Küveytdəki səfiri Manvel Badeyan bildirib.

Səfərlə bağlı Yerevanın meri ilə əl-Küveytin qubernatoru arasında razılıq əldə edilib.

Dekabrın 18-də Ermənistan səfiri qubernatorla görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnun olduqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi