Əhmədinejad İran prezidenti seçkilərində iştiraka buraxılmayıb

Region
  • 20 aprel, 2017
  • 19:30
Əhmədinejad İran prezidenti seçkilərində iştiraka buraxılmayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Mahmud Əhmədinejad İranda keçiriləcək prezident seçkilərində iştiraka buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İranın Daxili İşlər Nazirliyinin Seçkilərin keçirilməsi üzrə Qərargahının açıqladığı siyahıya əsasən, mayın 19-da dövlət başçısı postu uğrunda keçiriləcək seçkilərdə cəmi altı namizəd mübarizə aparacaq:

Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Raisi, Məhəmməd Baqir Qalibaf və Mustafa Haşimi Taba.

44 - Tezliklə