Yuxarı

Əhməd Davutoğlu kürdyönümlü partiyanı terrorçularla əlbir olmaqda ittiham edib

Türkiyənin baş naziri  İstanbulda təşkil olunan seçkiqabağı mitinqdə iştirak edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün İstanbulda təşkil olunan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (ƏİP) seçkiqabağı mitinqində çıxış edən baş nazir Əhməd Davutoğlu kürdyönümlü Xalqların Demokratiyası Partiyasını (XDP) tənqid edib.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, hökümət başçısı bildirib ki, XDP terrorçu PKK təşkilatı ilə əməkdaşlıq edir.

"80 il ərzində icra edilməyən layihələri ƏİP 10 ildə həyata keçirdi. Bəzi müxalif partiyalar höküməti korrupsiyada ittiham etməkdən çəkinmir. Ancaq həqiqət odur ki, terrorçuların qərargahı hesab olunan Kandil dağı ilə XDP arasında əlaqə mövcuddur. Onlar nifrət körpüsü qurmağa çalışırlar", - deyən Davutoğlu terrorizmlə mübarizə siyasətinin davam edəcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi