Əhməd Davutoğlu: Ankara siyasi təzyiqlərə boyun əyməyəcək

Əhməd Davutoğlu: Ankara siyasi təzyiqlərə boyun əyməyəcək "Ümidvaram ki, Barak Obama da aprelin 24-də Türkiyəni üzməyəcək"
Region
22 Aprel , 2015 22:05
Əhməd Davutoğlu: Ankara siyasi təzyiqlərə boyun əyməyəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davutoğlu bəyan edib ki, rəsmi Ankara heç bir siyasi təzyiqə boyun əyməyəcək.

"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Avstraliyalı həmkarı Toni Elbotla Ankara apardığı danışıqlar sonrası təşkil olunan birgə mətbuat konfransında çıxış edən Əhməd Davutoğlu bildirib ki, Türkiyə rəhbərliyinin 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı mövqeyi dəyişməz olaraq qalır.

"100 il əvvəl Türklərlə Avstraliyalılar bir-birlərinə qarşı vuruşdu. Bu gün isə gördüyünüz kimi bayraqramızın yan-yana dalğalanır. Əyər sabah Türkiyə-Ermənistan münasibətlərində də oxşar mənzərinin şahidi olmaq istəyirlərsə, tarixdən dərs almalıdırlar", deyə Türkiyənin baş naziri vurğulayıb.

O, həmçinin ümidvar olduğunu bildirib ki, ABŞ prezidenti Barak Obama da aprelin 24-də "Türkiyəni üzməyəcək".

Son xəbərlər

Orphus sistemi