​Əcnəbilərin Gürcüstanda torpaq sahəsi alması məhdudlaşdırılır

​Əcnəbilərin Gürcüstanda torpaq sahəsi alması məhdudlaşdırılır Müvafiq qanun layihəsi parlamentin gündəliyinə daxil edilib
Region
14 Fevral , 2015 08:22
​Əcnəbilərin Gürcüstanda torpaq sahəsi alması məhdudlaşdırılır

Bakı. 14 fevral. REPORT.AZ/ Gürcüstanın Ədliyyə Nazirliyi ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ölkədə xarici dövlət vətəndaşlarının kənd təsərrüfatı təyinatlı torpaq sahələri əldə etmələrinə məhdudiyyət qoyan qanun layihəsi işləyib hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Sandro Baramidze "Rustavi-2" telekanalının efirində bildirib.

"Xarici vətəndaşlar Gürcüstanda torpaq sahəsini yalnız vərəsəlik hüququ əsasında və ya ölkə vətəndaşı ilə qanuni nikah şəraitində, yaxud gürcü icma təsərrüfatının üzvü olduğu halda və ya Gürcüstan pasportu olduğu təqdirdə ala biləcəklər", - deyə o bildirib.

Teleşirkətin məlumatına görə, qanun layihəsi artıq parlamentin gündəliyinə daxil edilib və yaxın günlərdə onun müzakirəsinə başlanacaq.

Son xəbərlər

Orphus sistemi