Yuxarı
    Bağlamaq

    Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir

    MDB ATM-in rəhbəri: İŞİD-in nəzarət etdiyi ərazilər əlindən alınacağı təqdirdə belə, terror təhlükəsi qalacaq© Sputnik Кыргызстан

    Bakı. 31 may. REPORT.AZ/ Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Düşənbə: Antiterror-2017" adı və MDB Antiterror Mərkəzinin (ATM) himayəsi altında keçirilən iclasda səkkiz ölkənin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın antiterror bölmələrinin rəhbər şəxsləri, eləcə də Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti iştirak edib.

    Tədbirin açılış mərasimində MDB ATM-in rəbəri, general-polkovnik Andrey Novikov bildirib ki, İŞİD-in əsas istehkamlarına təzyiqin artması səbəbilə onların təxribat-terror fəaliyyət metodlarında dəyişiklik olur. ATM-in rəbəri hətta İŞİD-in nəzarət etdiyi ərazilər əlindən alınacağı təqdirdə belə, terror təhlükəsinin qalacağını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi