Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir

Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir MDB ATM-in rəhbəri: "İŞİD-in nəzarət etdiyi ərazilər əlindən alınacağı təqdirdə belə, terror təhlükəsi qalacaq"
Region
31 May , 2017 11:34
Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir
Sputnik Кыргызстан

Bakı. 31 may. REPORT.AZ/ Düşənbədə MDB ölkələrinin antiterror bölmələrinin rəhbər heyətinin iclası keçirilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Düşənbə: Antiterror-2017" adı və MDB Antiterror Mərkəzinin (ATM) himayəsi altında keçirilən iclasda səkkiz ölkənin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın antiterror bölmələrinin rəhbər şəxsləri, eləcə də Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti iştirak edib.

Tədbirin açılış mərasimində MDB ATM-in rəbəri, general-polkovnik Andrey Novikov bildirib ki, İŞİD-in əsas istehkamlarına təzyiqin artması səbəbilə onların təxribat-terror fəaliyyət metodlarında dəyişiklik olur. ATM-in rəbəri hətta İŞİD-in nəzarət etdiyi ərazilər əlindən alınacağı təqdirdə belə, terror təhlükəsinin qalacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi