Gürcüstanda iqtisadi artım COVID-19 pandemiyası səbəbindən kəskin yavaşlayacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dünya Bankının (DB) bülletenində bildirilib.
Bankın proqnozuna əsasən, Gürcüstanda 2020-ci ildə ÜDM-in real artımı sürətlə sıfıra yaxınlaşacaq.
Sənəddə bildirilib ki, bu il qonşu ölkədə fiskal kəsirin ÜDM-dəki payının 5,2%-ə qədər artacağı gözlənilir.
Koronavirus pandemiyasının Gürcüstanda ÜDM-in 7%-dən çoxunu təşkil edən turizm sektoruna da mənfi təsir edəcəyi qeyd olunub.