​Dövlət Bağçalı: "Türkiyədə hökumətin qurulması tezləşdirilməlidir"

​Dövlət Bağçalı: "Türkiyədə hökumətin qurulması tezləşdirilməlidir" Bu gün koalisiya hökumətinin qurulması ilə bağlı AKP və CHP liderləri arasında görüş keçiriləcək
Region
10 Avqust , 2015 17:58
​Dövlət Bağçalı: Türkiyədə hökumətin qurulması tezləşdirilməlidir

Bakı. 10 avqust . REPORT.AZ/ "Türkiyədə hökumətin qurulması tezləşdirilməlidir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Türkiyə baş nazirinin səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğluna müraciətində bildirib.

O qeyd edib ki, Türkiyədə müvəqqəti hökumət mümkün deyil. AKP ilə CHP koalisiya hökumətinin qurulması istiqamətində ilk addımı atmalıdır. İyunun 7-də keçirilən seçkidə qutulardan koalisiya hökuməti çıxıb. AKP-CHP koalisiya hökuməti bu həftə mütləq qurulmalı, Türkiyə nəfəs almalıdır".

MHP liderinin sözlərinə görə, AKP və CHP-nin vaxt itirmədən koalisiya hökumətinin qurulması istiqamətində fədakarlıq göstərməsi Türkiyənin həyatı üçün önəmlidir.

Qeyd edək ki, bu gün koalisiya hökumətinin qurulması ilə bağlı AKP və CHP liderləri arasında görüş keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi