Dmitri Peskov: "Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib"

Dmitri Peskov: "Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib" "Rusiya və Türkiyə çox sıx qarşılıqlı əlaqə vəziyyətindədir"
Region
27 Sentyabr , 2017 15:14
Dmitri Peskov: Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Heç kimin hərbi-texniki əməkdaşlığa görə Rusiya və Türkiyəni tənqid etmək hüququ yoxdur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə və Rusiya liderlərinin Ankarada keçiriləcək görüşünü şərh edərkən deyib.

"Bu əməkdaşlıq beynəlxalq hüquq çərçivəsində həyata keçirilir və heç bir halda hansısa üçüncü ölkələrə qarşı yönəlməyib", - D.Peskov bildirib.

O, Rusiya və Türkiyənin həmçinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən Suriyadakı vəziyyətlə bağlı "saatları eyniləşdirmək" niyyətində olduğunu vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, iki ölkə çox sıx qarşılıqlı əlaqə vəziyyətində olduğundan Vladimir Putinin Türkiyəyə səfəri tamamilə praqmatik məqsədlər daşıyır.

Qeyd edək ki, Rusiya prezidenti V.Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də Ankarada işgüzar görüş keçirəcək.

Son xəbərlər

Orphus sistemi