Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib”

Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib” Bakı. 16 oktyabr. REPORT.AZ/ “Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib”.
Region
16 Oktyabr , 2018 17:50
Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib”

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən “İnnovasiya açılışı -2018” adlı beynəlxalq forumda bildirib.

Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb. 

“Bu, iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir” - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi