​Dmitri Kuroçkin: "Xəzər regionundakı dövlətlər "PS-500" layihəsini almağa maraq göstərir"

​Dmitri Kuroçkin: "Xəzər regionundakı dövlətlər "PS-500" layihəsini almağa maraq göstərir" "2000-ci illərdə eyniadlı layihə əsasında Vyetnam üçün gəmi tikilib"
Region
20 Oktyabr , 2015 20:45
​Dmitri Kuroçkin: Xəzər regionundakı dövlətlər PS-500 layihəsini almağa maraq göstərir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan və İran Rusiyanın "PS-500" patrul gəmisinin layihəsini almaqda maraqlı olduqlarını bildiriblər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın "Sever" Layihə Konstruktor Bürosunun xarici-iqtisadi bölməsinin rəisi Dmitri Kuroçkin bildirib.

"Bu gəmiyə Xəzər regionundakı dövlətlər - Azərbaycan, Qazaxıstan maraq göstərir. İran nümayəndələri də layihə ilə tanış olublar", -  o deyib.

D.Kuroçkin əlavə edib ki, 2000-ci illərdə eyniadlı layihə əsasında Vyetnam üçün gəmi tikilib.

Onun sözlərinə görə, "PS-500" yüksək dərəcədə müasirləşdirilib: "Onun üstünə raket-buraxılış qurğusu, qayıq əleyhinə "RBU-6000", 57-100 mm çaplı top da quraşdırmaq olar. 

Son xəbərlər

Orphus sistemi