Yuxarı

​Diyarbəkirdə partlayış zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ərazi polis tərəfindən mühasirəyə alınıb

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin Diyarbəkir şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, əldəqayırma partlayıcı qurğu çərşənbə axşamı Yenişehir rayonunda yerləşən evin birinci mərtəbəsində partlayıb. Partlayışın səbəbi hələ ki, müəyyən edilməyib.

Partlayışın gücündən yaxınlıqdakı evlərin şüşələri qırılıb. Hadisə baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb, şəhərə xüsusi təyinatlılar göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi