Deputat: "Rusiyada bahalı daşınmaz əmlak alan şəxslərə ölkə vətəndaşlığı verilməlidir"

Deputat: "Rusiyada bahalı daşınmaz əmlak alan şəxslərə ölkə vətəndaşlığı verilməlidir" Leninqrad Vilayətinin qanunverici Məclisinin deputatı Vladimir Petrov Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb
Region
18 İyul , 2017 13:08
Deputat: Rusiyada bahalı daşınmaz əmlak alan şəxslərə ölkə vətəndaşlığı verilməlidir
Ria.ru

Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyanın Leninqrad Vilayətinin qanunverici Məclisinin deputatı Vladimir Petrov Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, müraciətində Rusiyada 50 milyon rubldan (təxminən 843 min dollar) baha daşınmaz əmlak alan və ya sosial yönümlü biznes quran əcnəbilərə vətəndaşlıq verməyi təklif edib.

Bununla belə, V.Petrov qeyd edib ki, əcnəbi daşınmaz əmlakın alması və ya biznes qurması üçün nəzərdə tutulan vəsaitlərin qanuni mənbəyini sübut etməlidir.

Son xəbərlər

Orphus sistemi