Deputat: “Qazprom”la imzalanmış müqaviləni görmək Gürcüstan Parlamentinin şərəf məsələsidir”

Deputat: “Qazprom”la imzalanmış müqaviləni görmək Gürcüstan Parlamentinin şərəf məsələsidir” “Deputatlar hökumətin böyük maraq göstərdiyi müqaviləni görməlidir"
Region
17 Fevral , 2017 18:20
Deputat: “Qazprom”la imzalanmış müqaviləni görmək Gürcüstan Parlamentinin şərəf məsələsidir”

Tbilisi. 17 fevral. REPORT.AZ/ “Gürcüstan hökumətinin “Qazprom”la imzaladığı müqavilənin şərtlərini öyrənmək üçün parlamentdə etimad qrupu yaradılmalıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu tələblə “Azadlıq uğrunda hərəkat – Avropa Gürcüstanı” Partiyasının üzvü, parlamentin deputatı Serqo Ratiani çıxış edib.

Serqo Ratiani deyib: “Deputatlar hökumətin böyük maraq göstərdiyi müqaviləni görməlidir. “Qazprom”la bağlanmış müqavilə ilə tanışlıq parlamentin şərəf məsələsidir”.

Son xəbərlər

Orphus sistemi