Deputat: "Məqsədimiz torpaqlarımızı işğaldan azad etməkdir"

Deputat: "Məqsədimiz torpaqlarımızı işğaldan azad etməkdir" Elman Məmmədov səfər çərçivəsində Gürcüstan parlamentində, Tbilisi Dövlət Universitetində bir sıra görüşlər də keçirib
Region
25 Fevral , 2017 15:15
Deputat: Məqsədimiz torpaqlarımızı işğaldan azad etməkdir

Tbilisi. 25 gevral. REPORT.AZ/ Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov fevralın 25-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, E.Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstana səfərinin əsas məqsədi Xocalı soyqırımının 25-ici ldönümü ilə əlaqədar tədbirlərdə iştirak etməkdir.

O qeyd edib ki, səfər çərçivəsində Gürcüstan parlamentində, Tbilisi Dövlət Universitetində bir sıra görüşlər keçirib: "İkitərəfli münasibətlərimizin inkişadı, parlamentlərarası əlaqələr, eləcə də Xocalı soyqırımı ilə.bağlı məsələlri müzakitə etdik. Gürcü həmkarlarımızın dətəyini hiss etdik. Bu bir.daha sübut edir ki, biz dost bə qardaş ölkələrik, bir birimizin dərdinə şərikik. İndi bizim bir məqsədimiz var. Torpaqlarımızı işğaldan azad edək".

Son xəbərlər

Orphus sistemi