​Dəniz Baykal millət vəkili olmaq istəyir

​Dəniz Baykal millət vəkili olmaq istəyir O, "twitter" və "facebook" sosial şəbəkələrində hesabının olmadığını da vurğulayıb
Region
19 Fevral , 2015 16:20
​Dəniz Baykal millət vəkili olmaq istəyir

Bakı.19 fevral. REPORT.AZ/ Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) keçmiş sədri Dəniz Baykal millət vəkilliyinə namizədliyini irəli sürəcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu partiya sədrinin müavini Bülənt Tezcan bildirib.

Dəniz Baykal isə bildirib ki, namizədlyini Türkiyənin Antalya bölgəsindən irəli sürəcək. O, partiyanın mərkəzi qərargahında ölkədəki vəziyyətlə bağlı çıxış da edib. Çıxışının sonunda o, "twitter" və "facebook" sosial şəbəkələrində hesabının olmadığını da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi