Yuxarı

Davutoğlu: Türkiyəni iqdisadi böhran gözləmir

Türk Lirəsi ilin əvvəlindən indiyədək 12 faiz ucuzlaşıb

Bakı. 11 mart. REPORT.AZ/ Türkiyənin Baş naziri Ahmet Davutoğlu bəyan edib ki, maliyyə bazarlarında yaşanan problemlər ölkə iqdisadiyyatına mənfi təsir göstərməyəcək və böhrana səbəb olmayacaq.

"Report"un TRT-yə istinadən verdiyi xəbərə görə, Türk Lirəsinin kursunun son aylarda aşağı düşməsi ilə bağlı müzakirələri şərh edən A.Davutoğlu bildirib ki, hökümətin bütün strukturları çətinlikləri aradan qaldırmaq istiqamətində koordinasiyalı şəkildə işləyir.

"Heç kim Türkiyədə iqtisadi böhran gözləməsin. İqdisadiyyatımız əmin əllərdədir", - deyən baş nazir, Mərkəzi Bankın sədri Erdem Başçı ilə prezident Rəcəb Tayyip Ərdoğanın martın 11-də bir daha bu məsələni müzakirə etmək üçün görüşəcəyinə diqqət çəkib.

Qeyd edək ki, Türk Lirəsi ilin əvvəlindən indiyədək 12 faiz ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi