Davutoğlu: "Dünya İŞİD-ə qarşı göstərdiyi həmrəyliyi, PKK əleyhinə nümayiş etdirmir"

Davutoğlu: "Dünya İŞİD-ə qarşı göstərdiyi həmrəyliyi, PKK əleyhinə nümayiş etdirmir" Davosda "Türkiyənin qlobal rolu" mözvusunda xüsusi sessiya keçirilib
Region
22 Yanvar , 2016 05:25
Davutoğlu: Dünya İŞİD-ə qarşı göstərdiyi həmrəyliyi, PKK əleyhinə nümayiş etdirmir

Bakı. 22 yanvar. REPORT.AZ/ Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Türkiyənin qlobal rolu" mözvusundakı xüsusi sessiyada çıxış edən Türkiyənin Baş naziri Əhməd Davutoğlu bildirib ki, dünya ictimaiyyəti terrorçu İŞİD təşkilatına qarşı göstərdiyi həmrəyliyi, PKK əleyhinə nümayiş etdirmək istəmir.

"Biz, terrorçular arasında fərq qoymuruq. Çünki bu təşkilatlar dünyanın hər yerində - İraqda, Suriyada, Fransada, Türkiyədə və s. günahsız insanları qətlə yetirirlər", - deyə Davutoğlu vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Ankara İŞİD-lə müharibə məqsədi ilə İraqın Mosul regionunda da "ciddi addımlar atır". "Bu addımlar hesabına İraqın bu rayonunda terrorçuların qarşısı alınır", - deyə hökumət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi