Yuxarı
    Bağlamaq

    ​Davudoğlu: "Türkiyənin Suriyaya quru qoşunları yeritmək niyyəti yoxdur"

    Ölkənin Birləşmiş Ştatlarla Suriyadakı müxalif üsyançılara havadan dəstək verilməsi ilə bağlı razılaşması var

    Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə hakimiyyəti Suriya ərazisinə quru qoşunlarının yeridilməsi variantını nəzərdən keçirmir.

    "Report" Газета.Ru-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

    Baş nazirin sözlərinə görə, ölkənin Birləşmiş Ştatlarla Suriyadakı "İslam dövləti" qruplaşmasına qarşı mübarizə aparan "müxalif üsyançılara" havadan dəstək verilməsi ilə bağlı razılaşması var.

    Bir qədər əvvəl, NATO-ya üzv dövlətlər Türkiyənin təcili iclas keçirmək təklifi ilə razılaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi