Yuxarı
    Bağlamaq

    Davudoğlu: "Qədimdə Şərqlə Qərbi, Çinlə Aralıq dənizini birləşdirən "İpək Yolu" yenidən istifadə olunacaq"

    Türkiyə layihəyə böyük dəstək verir və bu layihəni vacib hesab edir

    Bakı. 6 fevral. REPORT.AZ/ "Qədimdə Şərqlə Qərbi, Çinlə Aralıq dənizini birləşdirən "İpək Yolu" yenidən istifadə olunacaq".

    "Report"un məlumatına görə, bunu Qazaxıstana səfəri zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

    "Türkiyədən və Azərbaycandan keçərək Xəzər dənizi vasitəsilə Orta Asiya və Çinə uzanan orta dəhliz işə salınandan sonra Türkiyə və Qazaxıstan Avrasiyanın iki mərkəzi dövlətə çevriləcək", - deyə Davudoğlu bildirib.

    Türkiyənin baş naziri əlavə edib ki, onun ölkəsi layihəyə böyük dəstək verir və bu layihəni vacib hesab edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi