Davudoğlu: "İstanbulda törədilən partlayışın hansı təşkilatla bağlı olduğunu araşdırırıq"

Davudoğlu: "İstanbulda törədilən partlayışın hansı təşkilatla bağlı olduğunu araşdırırıq" "Məsələ aydınlaşan kimi müvafiq addımlar atılacaq"
Region
7 Yanvar , 2015 00:38
Davudoğlu: İstanbulda törədilən partlayışın hansı təşkilatla bağlı olduğunu araşdırırıq

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbul şəhərində törədilən partlayışla bağlı bəyanatla çıxış edib.

"Report"un Anadolu Agentliyinə istinadla verdiyi xəbərə görə, Ə.Davudoğlu bildirib ki, hazırda partlayışı törədən qadın kamikadze haqqında məlumat toplanılır.

"Hadisənin hansı təşkilatla bağlı olduğunu araşdırırıq. Məsələ aydınlaşan kimi müvafiq addımlar atılacaq", - deyən baş nazir, partlayış nəticəsində ölən polis məmurunun ailə üzvlərinə baş sağlığı verib.

Qeyd edək ki, İstanbul şəhərindəki Sultanahmet meydanında ötən axşam güclü partlayış baş verib. Nəticədə bir polis həlak olub, daha bir polis əməkdaşı isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi