David Çikvaidze: "BMT orqanları boks rinqi üçün yaradılmayıb"

David Çikvaidze: "BMT orqanları boks rinqi üçün yaradılmayıb" Almatı. 23 may. REPORT.AZ/ Müasir münaqişələr terrorçular və cinayət elementlərinin iştirakı ilə qarışıq xarakterlidir.
Region
23 May , 2018 11:04
David Çikvaidze: BMT orqanları boks rinqi üçün yaradılmayıb
0 : 00
0 : 00

Almatı. 23 may. REPORT.AZ/ "Müasir münaqişələr terrorçular və cinayət elementlərinin iştirakı ilə qarışıq xarakterlidir".

"Report"un Almatıya ezam olunmuş müxbirinin məlumatına görə, bunu BMT-nin Cenevrə şöbəsinin baş direktor aparatının rəhbəri David Çikvaidze Almatıda keçirilən Avrasiya mediaforumunda "Beynəlxalq əlaqələrin təkamülü: qlobal soyuqlaşma" paneli çərçivəsində çıxışında deyib.

"Belə hallar beynəlxalq strukturlarda biganəlik yaratmamalıdır. BMT-dəki bəzi həmkarlarımız təşkilatı yaxşı idarə etmir. BMT Təhlükəsizlik Şurası dünya liderlərinin problemləri birlikdə həll edə biləcəyi diplomatiya sığınacağı kimi yaradılıb", - D.Çikvaidze bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr öz problemlərini BMT səviyyəsinə yüksəldirlər: "BMT orqanları boks rinqi üçün yaradılmayıb, amma burada həll yolları tapılmır".

D.Çikvaidze əlavə edib ki, bu gün strukturun üzv dövlətləri BMT-nin dünyada nə etməyə borclu olduğunu deməlidir.

Son xəbərlər

Orphus sistemi