Daşqın nəticəsində Tbilisiyə dəyən ziyanın məbləği açıqlanıb

Daşqın nəticəsində Tbilisiyə dəyən ziyanın məbləği açıqlanıb Kaxa Kaladze: "Bunu hesablamaq üçün komissiya yaradılmalıdır"
Region
16 İyun , 2015 13:12
Daşqın nəticəsində Tbilisiyə dəyən ziyanın məbləği açıqlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ Daşqın nəticəsində Tbilisiyə 45 milyon dollar ziyan dəyib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu ilkin hesablamadır və ziyan daha çox ola bilər: "Bunu hesablamaq üçün komissiya yaradılmalıdır".

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın baş naziri İrakli Qaribaşvili daşqının paytaxta 40 milyon lari, yaxud 18 milyon dollar məbləğində ziyan vurduğunu söyləmişdi.

İyunun 14-də Tbilisiyə yağan güclü yağış nəticəsində şəhəri su basmış, 14 nəfər ölmüş, zoopark dağılmış və heyvanlar şəhərin küçələrinə dağılmışdı. 

Son xəbərlər

Orphus sistemi