​"Dalni Vostok" gəmisinin qəzaya uğradığı yerdə axtarış işləri tam dayandırılıb

​"Dalni Vostok" gəmisinin qəzaya uğradığı yerdə axtarış işləri tam dayandırılıb Hazırda 7 nəfər itkin düşmüş hesab olunur
Region
13 Aprel , 2015 08:21
​Dalni Vostok gəmisinin qəzaya uğradığı yerdə axtarış işləri tam dayandırılıb

Bakı. 13 aprel. REPORT.AZ/ "Dalni Vostok" gəmisinin qəzaya uğradığı yerdə fəal axtarış işləri tam olaraq dayandırılıb. Qəza ərazisinin müayinəsi ilə məşğul olan "Mleçnı put" gəmisi balıq ovuna başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Rosmorreçflot" Federal Agentliyinin məlumatında bildirilir.

"Batan "Dalni Vostok" və hazırki "Mleçnı put" gəmisinin sahibi balıqçıların fəal axtarışını dayandırmaq barədə qərar qəbul edib", - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Oxot dənizinin həmin ərazisində ov ilə məşğul olan bütün gəmilər hövzənin yolüstü müayinəsini aparacaq.

Beləliklə, hazırda yeddi nəfər itkin düşmüş hesab olunur. Aprelin 2-də batan gəmidə Azərbaycan vətəndaşları da daxil olmaqla 132 nəfər olub. Son məlumatlara görə, qəza nəticəsində 62 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi