Dağlıq Qarabağda erməni əsgər intihara cəhd edib

Dağlıq Qarabağda erməni əsgər intihara cəhd edib Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Ermənistan əsgərlərinin iştirakı ilə növbəti insident baş verib.
Region
25 Yanvar , 2020 13:47
Dağlıq Qarabağda erməni əsgər intihara cəhd edib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Ermənistan əsgərlərinin iştirakı ilə növbəti insident baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 24-də təqribən saat 06:55 radələrində hələlik müəyyən olunmayan şəraitdə iki sıravi əsgər güllə yarası alıb.

Məsələyə aydınlıq gətirən Ermənistanın müdafiə naziri David Tonoyan əsgərlərdən birinin - 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryanın öz-özünü vurduğunu, başqa sözlə, intihara cəhd etdiyini vurğulayıb. O əlavə edib ki, Zakaryan başından, 2000-ci il təvəllüdlü Armen Mesropyan isə sağ əlindən güllə yarası: “Zakaryanın durumu ağırdır. O, Yerevana göndəriləcək”.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi