Dağıstanın cənubunda YPX postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beşi yaralanıb - YENİLƏNİB

Dağıstanın cənubunda YPX postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beşi yaralanıb - YENİLƏNİB Gecə elə bu post naməlum şəxslər tərəfindən atəşə tutulub
Region
15 Fevral , 2016 11:54
Dağıstanın cənubunda YPX postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beşi yaralanıb - YENİLƏNİB

Bakı. 15 fevral. REPORT.AZ/ Dağıstanın cənubunda, Dərbənd rayonunda Yol Patrul Xidməti postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış Dərbənd rayonunda YPX-nin Cəmikənd postu yaxınlığında, sənədlərin yoxlanılması üçün posta avtomobil yaxınlaşarkən baş verib.

***11:01 

Bu gün səhər saatlarında Dağıstanın cənubunda polis postu yaxınlığında "Qazel" avtomobili partlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbənin ilkin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbənin sözlərinə görə, gecə elə bu post naməlum şəxslər tərəfindən atəşə tutulub və bir polis əməkdaşı yaralanıb.

Son xəbərlər

Orphus sistemi