Yuxarı
    Bağlamaq

    ​Dağıstanın başçısı: "Respubilkanın 643 sakini İŞİD-in tərkibində döyüşür "

    Biz onların bir məscidə getməsinə, bir dinə qulluq etməsinə nail ola bilməmişik

    Bakı. 24 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının tərkibində 643 dağıstanlı vuruşur.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov bildirib.

    Onun sözlərinə görə, respublika sakinlərinin İŞİD-in tərkibində döyüşməsi Dağıstanın başlıca problemlərindəndir.

    O bildirib ki, Milli Antiterror Komitəsində terrorçularla birlikdə döyüşənlərin pasportdan məhrum edilməsinin vacibliyini deyib: "Son illərin başlıca problemlərindən biri də sufi və sələfi icmalarının bir-biri ilə münaqişəsidir. Biz onların bir məscidə getməsinə, bir dinə qulluq etməsinə nail ola bilməmişik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi