Dağıstanda təhlükəsizlik qüvvələri ilə atışmaya girən yaraqlı öldürülüb

Dağıstanda təhlükəsizlik qüvvələri ilə atışmaya girən yaraqlı öldürülüb Hücum edən şəxsin şəxsiyyəti müəyyənləşdirilib, o, federal axtarışda olub
Region
14 Aprel , 2016 08:46
Dağıstanda təhlükəsizlik qüvvələri ilə atışmaya girən yaraqlı öldürülüb

Bakı. 14 aprel. REPORT.AZ/ Cümə axşamına keçən gecə Dağıstanın Soqratl kəndində təhlükəsizlik qüvvələri ilə atışmaya girən yaraqlı məhv edilib. "Report" xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbəsinə əsasən "RİA Novosti" məlumat verib.

Mənbənin bildirdiyinə görə, polis əməkdaşları sənədlərin yoxlanması üçün avtomobili saxlatdırmağa cəhd edərkən maşında olan şəxs polislərə doğru atəş açıb. Cavab atəşi açmalı olan polis yaraqlını öldürüb.

Məlumata görə, silahlı hücum edən şəxsin şəxsiyyəti müəyyənləşdirilib. Belə ki, o, yerli cinayətkar dəstənin üzvü olub və eyni zamanda adı federal axtarışda olub.

Son xəbərlər

Orphus sistemi