Yuxarı

​Dağıstanda qaz paylayıcısı yerləşən ərazidə partlayıcı qurğu aşkarlanıb

Kəmərə Qazprom-Dağıstan qazpaylayıcı Açıq Tipli Cəmiyyəti xidmət edir

Bakı. 17 mart. REPORT.AZ/ Dağıstanın Xasavyurt rayonunda təbii qaz paylayıcısı yerləşən ərazidə partlayıcı qurğu aşkar edildiyindən "mavi yanacağ"ın nəqli dayandırılıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli enerji nazirliyi bildirib.

Bu, səbəbdən 1,6 min abonentin təbii qaz təchizatı dayandırılıb.

Kəmərə "Qazprom-Dağıstan qazpaylayıcı" Açıq Tipli Cəmiyyəti xidmət edir.

Qeyd edək ki, partlayıcı qurğu bu səhər saatlarında aşkarlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi