​Dağıstanda qaz paylayıcısı yerləşən ərazidə partlayıcı qurğu aşkarlanıb

​Dağıstanda qaz paylayıcısı yerləşən ərazidə partlayıcı qurğu aşkarlanıb Kəmərə "Qazprom-Dağıstan qazpaylayıcı" Açıq Tipli Cəmiyyəti xidmət edir
Region
17 Mart , 2016 14:02
​Dağıstanda qaz paylayıcısı yerləşən ərazidə partlayıcı qurğu aşkarlanıb

Bakı. 17 mart. REPORT.AZ/ Dağıstanın Xasavyurt rayonunda təbii qaz paylayıcısı yerləşən ərazidə partlayıcı qurğu aşkar edildiyindən "mavi yanacağ"ın nəqli dayandırılıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli enerji nazirliyi bildirib.

Bu, səbəbdən 1,6 min abonentin təbii qaz təchizatı dayandırılıb.

Kəmərə "Qazprom-Dağıstan qazpaylayıcı" Açıq Tipli Cəmiyyəti xidmət edir.

Qeyd edək ki, partlayıcı qurğu bu səhər saatlarında aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi