Yuxarı
    Bağlamaq

    Dağıstanda qanunsuz silahlı dəstənin başçısı öldürülüb

    Milli Antiterror Mərkəzin nümayəndəsi: “O, terrorçu fəaliyyəti maliyyələşdirmək məqsədi ilə hədə-qorxu gələrək, sahibkarlardan iri məbləğdə pul alıb”

    Bakı. 13 aprel. REPORT.AZ/ Dağıstanda qanunsuz silahlı dəstə başçısı İlyas Xəlilov öldürülüb.

    “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Milli Antiterror Komitəsinin mətbuat xidmətinin nümayəndəsi Andrey Çatski deyib.

    “O, çoxlu sayda silahlı cinayətlər törədib, Talqı kəndinin iki sakinini qətlə yetirib. Karamaxi kəndində hüquq-mühafizə orqanlarının əməkdaşlarına sui-qəsd edib, eləcə də terrorçu fəaliyyəti maliyyələşdirmək məqsədi ilə hədə-qorxu gələrək, sahibkarlardan iri məbləğdə pul alıb”, - deyə A.Çatski vurğulayıb.

    Məlumata görə, aprelin 11-də gecə saatlarında Dağıstanın Kumtorkalin rayonunda avtomobil yolunda Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi “Chevrolet” markalı avtomobili baxış keçirmək üçün saxlamağa cəhd göstərib. Ancaq avtomobildəkilər onlara avtomatik silahdan atəş açaraq, gizlənməyə çalışıblar. Atışma nəticəsində “Chevrolet” yanıb, maşındakı üç nəfər zərərsizləşdirilib. İnformasiyaya əsasən, onların arasında İlyas Xəlilov da olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi