Yuxarı

​Dağıstanda məscid dörd dəqiqəyə yanaraq külə dönüb

İkimərtəbəli binada alışqan materiallar çox olub

Bakı. 10 aprel. REPORT.AZ/ Dağıstanın Kizlyar şəhərində məsciddə yanğın baş verib. Yanğınsöndürənlər yanğın baş verdiyi andan dörd dəqiqə sonra hadisə yerində olsalar da, bina tamamilə yanıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin rəis müavini Oleq Xəlilov məlumat verib.

Onun sözlərinə görə, ikimərtəbəli binada alışqan materiallar çox olub.

Hazırda yanğının səbəbləri araşdırılır. Dəyən maddi ziyan müəyyən edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi