Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis üzvü İstanbulda hücuma məruz qalıb

Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis üzvü İstanbulda hücuma məruz qalıb Zərərçəkən 10 ildən çoxdur ki, tikinti sahəsində bir çox qanunsuz layihələrə qarşı qaldırdığı məhkəmə işləri ilə ölkədə tanınır
Region
7 İyul , 2015 20:20
Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis üzvü İstanbulda hücuma məruz qalıb

Bakı. 7 iyul. REPORT.AZ/ İstanbul Böyükşəhər Bələdiyyə Məclisində gördüyü işlər və vəzifəsindən sui-istifadə iddiaları ilə ittiham olunanlara qarşı verdiyi suallar səbəbilə son vaxtlar gündəmə gələn Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis üzvü Hüseyn Sağ hücuma məruz qalıb.

"Report" Türkiyə mətbuatına istinadən bildirir ki, Kadıköy Göztəpədəki evindən idman etmək üçün çıxan Hüseyn Sağ avtomobili ilə hərəkət halındaykən onu təqib edən 3 nəfərin hücumuna məruz qalıb. Avtomobilləri ilə əvvəlcə zərərçəkənin avtomobilinə yüngül xəsarət yetirən hücumçular, xəsarəti yoxlamaq məqsədi ilə avtomobilindən enən H.Sağ ilə əlbəyaxa davaya çıxıb, onu döyüblər. Hücumçuların əlindən çətinliklə qaçan partiya məclis üzvü hazırda xəstəxanada həkim nəzarətindədir.

Qeyd edək ki, zərərçəkən 10 ildən çoxdur ki, tikinti sahəsində bir çox qanunsuz layihələrə qarşı qaldırdığı məhkəmə işləri ilə ölkədə tanınır.

Son xəbərlər

Orphus sistemi