Türkiyə prezidenti: “Cümhuriyyət bizim üçün yeni bir dövr deyil, Osmanlının, Səlcuqlunun davamıdır”

Türkiyə prezidenti: “Cümhuriyyət bizim üçün yeni bir dövr deyil, Osmanlının, Səlcuqlunun davamıdır” Rəcəb Tayyib Ərdoğan: “Sizlər “xəstə” deyib üstünə torpaq atmağa gələnlərə Çanaqqalanı məzar etmiş bir əcdadın nəvələrisiniz”
Region
27 Mart , 2017 16:30
Türkiyə prezidenti: “Cümhuriyyət bizim üçün yeni bir dövr deyil, Osmanlının, Səlcuqlunun davamıdır”

Bakı. 27 mart. REPORT.AZ/ “Cümhuriyyət bizim üçün yeni bir dövr deyil, Osmanlının, Səlcuqlunun davamıdır”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Gənclər Fondunun 4-cü toplantısında bildirib.

“Hər imtahan bir imkandır. Gecənin ən qaranlıq olduğu zaman belə şəfəq yaxındır. Zaman bizim tərəfimizdədir. Son dayanacaq, son ilahi fərman da tərəfimizdədir. Dünya düşmən olsa da iman bizimlədir. Heç şübhəniz olmasın istiqbal bizimdir. Respublika bizim üçün yeni dövr deyil. O, Osmanlı, Səlcuqlunun davamıdır. Sizlər “xəstə” deyib üstünə torpaq atmağa gələnlərə Çanaqqalanı məzar etmiş bir əcdadın nəvələrisiniz”, - deyə o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi