Yuxarı

​CHP seçkiqabağı böyük mitinq keçirməyəcək

Ərdoğan Toprak: Belə bir qərar qəbul etməyimizin əsas səbəbi acılı günlər yaşamağımızdır

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Xain terror hadisəsindən sonra böyük mitinqlərin yerinə xalqla görüşlər keçirəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun məsələ ilə bağlı qərarında bildirilib.

CHP sədrinin baş müşaviri Ərdoğan Toprak yaydığı yazılı açıqlamada vurğulayıb ki, baş verən qətliamla bağlı seçkiqabağı kampaniyada konseptual dəyişiklik ediblər: "Bu gün Qaziantepdən başlayaraq böyük mitinqlərin yerinə, vətəndaş cəmiyyətimizin qurumlarını, sahibkarlarımızı, xalqımızı ziyarət edir, küçə-küçə, rayon-rayon, şəhər-şəhər gəzərək, onlarla ölkəmizin problemlərini və onun həlli yollarını danışırıq. Belə bir qərar qəbul etməyimizin əsas səbəbi acılı günlər yaşamağımızdır. Bu ağır gündə mitinqə gedib nədən danışacağıq?"

O bu qərarın qəbul edilməsinə ikinci səbəb kimi ölkədə təhlükəsizlik sahəsində böyük bir problemin olduğunu əsas göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi