Yuxarı

​CHP-nin parlament sədrliyinə namizədi Əhməd Davudoğlu ilə görüşüb

Görüş Çankaya Köşkündə baş tutub

Bakı. 26 iyun. REPORT.AZ/ Cümhuriyyət Xalq Partiyasından (CHP) Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd olan Dəniz Baykal Çankaya Köşkündə baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl o, Miliyyətiçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

Dövlət Bağçalı ilə görüşdən sonra onun Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşla görüşəcəyi planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi