Bakı. 6 fevral. REPORT.AZ/ "Türkiyə heç vaxt öz qapılarını ölümdən qaçan insanların üzünə bağlamayacaq. Biz qaçqın düşərgələrini kimlərinsə təqdirini qazanmaq üçün yaratmırıq. Məqsədimiz yardım etməkdir". "Report"un "Anadolu Ajansına" istinadən verdiyi xəbərə görə, bu fikri Türkiyənin Xarici işlər naziri Mevlüd Çavuşoğlu Hollandiya mətbuatına açıqlamasında deyib.
O, bildirib ki, hazırda Hələb bölgəsində baş verən proseslər ciddi narahatlığa əsas verir. "Ölümdən qaçan suriyalıların sayı 50 və ya 70 minlə kifayətlənməyəcək. Hələb vilayətində təxminən 3 milyon insan yaşayır. Türkiyəyə isə artıq 2.5 milyon suriyalı gəlib. Yeni yükü tək başına qaldıra bilmərik", - deyən Çavuşoğlu Avropa İttifaqından dəstək gözlədiklərini vurğulayıb.
Türkiyə diplomatiyasının rəhbəri Rusiyanın dəstəyi ilə Suriyada aparılan əməliyyatların dərhal dayandırılmasına çağırıb.