Yuxarı

Türkiyə XİN başçısı: "Dəməşqdəki rejimlə əlaqəmiz yoxdur"

Çavuşoğlu:"Dəməşqdəki rejimlə əlaqəmiz yoxdur"

"Türkiyənin Dəməqdəki Bəşşar Əsəd rejimi ilə heç bir əlaqəsi yoxdur".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dəməşqdəki rejim ölkəyə nəzarət edə bilmədiyi üçün Adana müqaviləsini yerinə yetirə bilmir: "Rusiya və İran rejimin təminatçısı kimi çıxış etdiklərindən bu müqavilə əsas götürülür".

XİN başçısı deyib ki, Bəşşar Əsədlə PKK/YPG-PYD birlikdə fəaliyyət göstərə bilər: “O zaman biz də lazımi addım atacağıq. Biz Rusiya ilə bu barədə müzakirələr aparmışıq. Rusiya tərəfi bildirdi ki, keçmişdə olanlar qüvvədə deyil. Rusiya bunun baş verməsi mümkün olmayacağını, Dəməşq rejiminin də belə bir addım atmayacağını vurğulayıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi